Xəbərlər / Valideyn / Müəllim
07 iyul 2019
2 301


Təhsil nazirindən yay tətili üçün tövsiyələr

Təhsil nazirindən yay tətili üçün tövsiyələr

 

 
Orta təhsil müəssisələrində tədris ili artıq yekunlaşıb.

 Türkiyənin təhsil naziri Selçuk Ziyanın  valideyn və uşaqlara yay tətilini daha  maraqlı keçirmələri üçün məsləhət gördüyü siyahını təqdim edirik.

Bağçada çiçək əkin;
Təbiət qoynunda gəzin;
Fərqli bitki növləri ilə tanış olun;
"Beş daş" oynayın;
Muzeyə gedin;
Birlikdə ağaca çıxıb təbiəti seyr edin;
Küçədəki daşları qaldıraraq altında soxulcan, böcək axtarın;
Bir alimin həyatını araşdırın;
Küçə heyvanlarına su verin;
Yelləncək düzəldin;
Birlikdə yemək hazırlayın;
Yeni nağıl öyrənin;
Övladınıza kağızdan gəmi düzəltməyi öyrədin;
Öz uşaqlıq xatirələrinizi bölüşün;
Küçədən tapdığınız daşları rəngləyin;
Otlardan tütək düzəldin;
Birlikdə evinizi təmizləyin;
Birlikdə velosiped sürün;
Birlikdə şahmat oynayın;
Dünya xəritəsini öyrənin;
Övladınıza yüksək səslə kitab oxudun;
Şirniyyat hazırlayın;
Su və enerjiyə qənaət üsullarını birlikdə öyrənin;
Birlikdə bir film izləyin, senarist və rejissoru birlikdə tanıyın;
Birlikdə gəzintiyə çıxın, addımlarınızı sayın;
Birlikdə bir hekayə yazın;
Birlikdə kitab oxuyun;
Böyükləri ziyarət edin;
"Gizlən qaç" oynayın;
Şeir əzbərləyin;
Birinə məktub yazın;
Bir qarışqa yuvası tapın və çörək qırıntıları atın;
Paltar qatlamağı və ütüləməyi öyrənin;
Pəncərədən baxıb gördükləriniz haqqında danışın;
Birlikdə mürəbbə  hazırlayın;
Fərqli ağaclardan yarpaqlar toplayın və dəftərə yapışdırın;
Birlikdə meyvə suyu hazırlayın;
Birlikdə bir ilkin tibbi  yardımı öyrənin;
Ehtiyacı olan birinə kömək edin;
Bir tanışınızla reportaj hazırlayın;
Bir rəssamın həyatını araşdırın;
Birlikdə bir qolbaq hazırlayın;
Təbiətdən topladığınız ləvazimatlarla şəkil çərçivəsi düzəldin;
Öz-özünə hazırlaya biləcəyi yemək öyrədin;
Kitabxanaya gedin və üzv olun;
Ailəliklə yerə uzanıb ulduzları seyr edin;
Böyük bir təpəyə çıxın;
Bir aparatı və ya cihazı sökərək parçalarını yerinə taxın;
Bərabər süfrə düzəldin;
Səssiz film oyunu oynayın;
Təbiətdə istiqamət tapmaq oyunu oynayın;
Evin ehtiyac siyahısını hazırladın;
Birlikdə rəsm çəkin;
Günəşin doğuşunu və batışını izləyin;
Yeni bir dildə salamlaşma və təşəkkür etməyi öyrənin.azedu.az
Məqalə Göndər








Загрузка...