AzTehsil.com


Xəbərlər / Müəllim
18 oktyabr 2018
2 734


Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər



Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər – Müddət və şərtlər

 

"Uşağa görə atalıq məzuniyyəti”  ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır.

Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir.

Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir.

Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən  istifadə  edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
Təbii ki, bu məzuniyyətə müəllimlər də şamil edilir. Lakin  onlar buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər.

"Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”

Sosioloq-alim  Əhməd Qəşəmoğlu AzEdu.az-a danışarkən qeyd edib ki, ixtisasından asılı olmayaraq – müəllimlərin də - atalıq məzuniyyətinə ehtiyacı var:

"Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış  ailə modelimiz yoxdur.  Buna görə də,  ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var.  İndi 50 il bundan qabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür  etmək mümkün deyil.  Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Amma mahiyyət etibarilə, ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə, ailə modelini müəyyənləşdirmək  lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq.

Ənənəvi olaraq, Azərbaycan uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb.  İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu , təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.

Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da, ailənin möhkəmlənməsində, yaxud, digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər.

Lakin qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”



Загрузка...
Həmçinin oxuyun:
Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Əmək məzuniyyətinin  verilməsi.

Əmək məzuniyyətinin verilməsi.

Əmək məzuniyyəti

Əmək məzuniyyəti

Əmək məzuniyyəti nədir ?  Kimlərə verilir ?

Əmək məzuniyyəti nədir ? Kimlərə verilir ?

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri ƏMƏK MƏCƏLLƏSİ maddə 122 ŞƏRH

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Əmək Məzuniyyətinin əvəzinə kompensasiyanın verilməsi

Əmək Məzuniyyətinin əvəzinə kompensasiyanın verilməsi

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri

ƏMƏK MƏCƏLLƏSİ - Məzuniyyət vaxtı orta əmək haqqını Ödəmək üçün vəsaitin mənbələri