AzTehsil.com


Xəbərlər / Müəllim
15 avqust 2018
3 240


Təhsil işçisindən etiraz



 

 
"Kurslar, treninqlər arasındakı sağlam olmayan "rəqabət", sertifikat alveri təhsilimiz üçün xoş  heç nə vəd edə bilməz. Daha çox təəssüf doğuran isə budur ki, belələri müxtəlif dairələrdə özlərinə havadar axtarır  və bəzən bunu tapırlar da. Müxtəlif təhsili idarəetmə rəhbərləri ilə birgə qazanc əldə etmək maraqları müəllimlərin ehtiyacı oldu-olmadı, bu kimi tədbirlərə məcburi cəlbinə səbəb olur”.

   İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev kurslarla bağlı etdiyi təkliflər zamanı deyib. O, son illər təhsil sahəsində xeyli işlər görüldüyünü vurğulayıb:

"Son illər ölkəmizdə məqsədyönlü təhsil islahatları baş verib. Yenilikləri vaxtında mənimsənilib, operativlik üçün uğurlu proqramlar, layihələr həyata keçirilib, müəllimlərin müvafiq kurslar, treninqlərdən keçməsi istiqamətində çox işlər görülüb. Kurs və treninq aparan müəllimlərin çoxunun bu işi lazımı bacarıqla, məsuliyyətlə yerinə yetirdiyinin şahidi olmuşuq. Öz yaradıcı biliyi, məlumatlılığı, öyrətmək həvəsi ilə müəllimlərin yaddaşlarında qalanlar çoxdur”.

Kurslar arasında ucuz rəqabəti vurğulayan Vahid Tağıyev müəllimlərin lazımsız treninqlərə məcburi cəlb olunduğunu bildirib:

"Son zamanlar MİQ və DQ imtahanlarına hazırlıq, az bal toplayanların yenidən hazırlaşaraq öz nəticələrini yaxşılaşdırmaq istəyi müəllim hazırlığı məsələsini çox aktuallaşdırıb. Bu, anlaşılandır. Amma kütləvilik, kurs  adı ilə müəllimlərin vaxtını, maddiyyatını istismar edən təsadüfi "treninqçilər"in sayının artmasına da səbəb olub. Bu treninqlərin mövzuya uyğun proqramı, icrasının təşkili, aparıcının qabiliyyəti nə dərəcədə məqsədəuyğundur?! Az qala, hər gün ucuz reklamlarla özlərini öyənlərin, təbliğatın şahidi oluruq. Onlar arasındakı sağlam olmayan "rəqabət", sertifikat alveri təhsilimiz üçün xoş heç nə vəd edə bilməz. Daha çox təəssüf doğuran isə budur ki, belələri müxtəlif dairələrdə özlərinə havadar axtarır və bəzən bunu tapırlar da. Müxtəlif təhsili idarəetmə rəhbərləri ilə birgə qazanc əldə etmək maraqları müəllimlərin ehtiyacı oldu-olmadı, bu kimi tədbirlərə məcburi cəlbinə səbəb olur”.

O, bu kimi problemlərin qarşısını almaq məqdsədilə öncə müəllimlərin maarifləndirilməsini təklif edib:

"Odur ki, sağlam məqsədli olmayan belə məsələlərin qarşısını almaq üçün müəyyən təkliflərim var. Ümumiyyətlə, müəllimlərin şəxsi maraqlara hesablanan müxtəlif kurslara cəlb edilməsi, onlara lazımsız sertifikatların verilməsi hallarının qarşısını alınmaq üçün Təhsil Nazirliyi səviyyəsində müvafiq tədbirlər görülməsinə ehtiyac var. Məsələn, müəllimlər arasında maarifləndirmə işləri aparılmalıdır. Onların bəzən şayiələrin təsiri altına düşməsi, məlumatsızlığı və özünə inamsızlığının qarşısı alınmalıdır.

Tələbata cavab verməyən, habelə rəsmi qaydada kurs, treninq keçirmək səlahiyyəti olmayanlar haqqında müvafiq tədbirlər görülməli, ən azından insanlar vaxtında onlar haqqında məlumatlandırılmalıdır. Belə kurslara şərait yaradan təhsili idaredənlər haqqında müvafiq ölçü götürülməli, tələbat olan kurslar yalnız Təhsil Nazirliyi tərəfindən istiqamətləndirilməlidir.

Müvafiq qanunvericilik bazası hazır olandan sonra sertifikasiyanın istiqamətləri, məzmunu haqqında müəllimlərlə ödənişsiz, bir neçə günlük seminar xarakterli məlumatlar verilsə yaxşı olar. Bundan sonra ehtiyacı olan müəllimlər ödənişli şəkildə dərinləşmiş proqramla müvafiq kurslara cəlb edilə bilərlər”.

Onun fikrincə, təlimçilər bu missiyanı yetinə yetirəcək qədər bacarıqlı olmalıdırlar:

"Yenilik, inkişaf olduqca əlavə kurslar da qaçılmazdır. Başa düşürəm ki, bəzi bazar düşüncəli həvəskar "kursçular" bu yazıdan xoşlanmayıb ünvanıma nələrsə deyə bilərlər. Şübhəsiz ki, bu sahədə bütün dəyərləri ilə özünü təsdiq edən, treninq aparmaq təcrübəsi olan müəllimlərimiz mənimlə razılaşar. Gərək, öncə  hər kəs özünü görə bilsin. Biz bu mərhələni də keçməliyik, öyrədənləri öyrədən bu missiyanı yerinə yetirməyə layiq olmalıdır.”

 

Təhsil işçisindən etiraz

 





Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"