Təhsil Nazirliyində yoxlamalar başladı
Azərbaycan Respublikasının Hesablama Palatası Təhsil Nazirliyində yoxlamalar aparır.
Məlumata görə, hal-hazırda Hesablama Palatası tərəfindən Təhsil Nazirliyində auditlər, qurumun dövlət büdcəsindən maliyyələşən layihələrdə yaranan müəmmalı borclar və s. nəzarət tədbirləri davam etməkdədir.
Güman edilir ki, Təhsil Nazirliyində dövlət büdcəsindən ayrılan pulların xərcləri ciddi şəkildə şişirdilib.
Adı çəkilən qurumda aparılmış yoxlama tədbirlərinin nəticələri tezliklə Hesablama Palatasının Kollegiyasının müzakirəsinə çıxarılacaq.