AzTehsil.com


Xəbərlər
10 oktyabr 2017
2 645


Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA



Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

 

"Azərbaycanın "Böyük Ermənistan”ın ərazisi kimi təqdim edilməsinə görə nazirlik üzr istəməlidir”.

 

Aztəhsil.com xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında "Su İstehsalçıları” İctimai Birliyinin sədri, tarixçi Dövlət Məmmədov bildirib. 

 

 


 D.Məmmədov Təhsil Nazirliyi rəhbərliyini bu məsələ ilə əlaqədar Azərbaycan xalqından üzr istəməyə çağırıb:

 

"Sözügedən dərsliyə Təhsil Nazirliyi rəhbərliyi birbaşa cavabdehdir. Ona görə də onlar çıxıb əhalidən üzr istəməli, məsuliyyət daşıyan və günahkar olan şəxslər vəzifələrindən azad edilməlidir. Məndə olan məlumata görə, həmin kitab ikinci dəfə də çap olunub. Sual olunur ki, bəs o kitab hansı vəsaitlə çap edilib? Azərbaycanın əraziləri saxtalaşdırılaraq, dərsliyə salınıb və həmin dərsliyin tədrisinə icazə verilib. Axı, Təhsil Nazirliyinin bunlardan niyə xəbəri olmayıb? Bütün bunlar bir daha onu göstərir ki, sözügedən məsələdə Təhsil Nazirliyinin də günahı var”.

 

D.Məmmədov onu da qeyd edib ki, Azərbaycanın Təhsil Nazirliyində bu sahədə təcrübəsi olmayan kifayət qədər işçi var:

 

"20-30 ilin təcrübəli təhsil işçiləri qala-qala bu gün Təhsil Nazirliyinə heç nədən başı çıxmayan cavan uşaqları və hüquqşünasları yığıblar. Təsəvvür edin ki, heç zaman məktəbdə dərs deməyən cavan uşaq gəlib 30-40 ilin təcrübəli müəlliminə dərs deməyə çalışır, əmr verir. Bu nə deməkdir? 

 

Hesab edirəm ki, Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir. Bu gün Təhsil Nazirliyində vəzifədə çalışanların əksəriyyəti qohumbazlıqla ora işə düzəliblər. Hərəsi bir vəzifəli adamın qohumudur. Ona görə də məktəblərdə, dərsliklərdə problemlər həllini tapa bilmir”.

 

Xatırladaq ki, Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.

 

Həmin kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

 

Həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

 

Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirilməlidir- AÇIQLAMA

 



 



 




Загрузка...
Həmçinin oxuyun:
Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Mikayıl Cabbarovun təhsil biznesi: Dərs vəsaitləri məcburi satılır?

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirildi...

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Bakı Mühəndislik Universitetində yeni təyinat

Bakı Mühəndislik Universitetində yeni təyinat

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA