QUBA-XAÇMAZ REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI
QUBA-XAÇMAZ REGİONAL TƏHSİL İDARƏSİNİN AÇIQLAMASI
AzTehsil.com xəbər verir ki, sorğuya cavab olaraq bildirilib ki,Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır.
Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edirik ki, araşdırmanın nəticələri ilə bağlı bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.
Xatırladaq ki, Qubada məktəbdə qalmaqal: direktor barəsində ciddi ittihamlar səsləndirilib
Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə çalışan müəllim direktor Lalə Ənvər qızı Bədəlova barəsində ciddi ittihamlar irəli sürüb.
AzTehsil.com xəbər verir ki, Müəllim Shimal.News-a bildirib ki, direktor onun şəxsi yazışmalarının ekran görüntülərini öz telefonuna çəkərək müəllim heyəti arasında yayıb.
Şikayətçinin sözlərinə görə, direktor müəllimlərin adına artıq dərs saatları yazaraq əmək haqqının bir hissəsini mənimsəyir, həmçinin uşaqları məktəbə qəbul etmək üçün rüşvət alır. O iddia edir ki, direktor ştatda yox, müqavilə ilə fəaliyyət göstərir.
Redaksiyaya təqdim edilən görüntülərdə direktorun möhür və imzası ilə müəllimlərin əməkhaqqından 1% “fond pulu” adı altında vəsait toplandığı qeyd olunur.![]()













