AzTehsil.com

Xəbərlər / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
21 noyabr 2025
869

Müəllimini aldadıb 355 min manatını ələ keçirib



Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq, onların külli miqdarda pulunu ələ keçirmiş 26 yaşlı Nihad Rəhimlinin məhkəməsi başa çatıb.


AzTehsil.com- n əldə etdiyi məlumata görə Lənkəran Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.


Bildirilib ki, Nihad Lənkəranda orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil alıb. Sonra onun orta məktəbdə müəllimi olmuş Lənkəran şəhər sakini Rəhilə Əliyevanın (zərərçəkmişlərin ad-soyadları şərtidir) BƏƏ-də işləyən oğlu Mirseyidlə münasibəti yaranıb.


Nihad onları Dubaydan elektron fotoaparatlar gətirib ölkədə satmağın yüksək gəlir gətirəcəyinə inandırıb. Nihadın coğrafiya müəllimi olmuş atası Rasim Rəhimov ilə məktəbdə iş yoldaşı olan Rəhilə Əliyeva onun dediklərinə inanıb və 355 min manat pul verib.


Lakin o, verdiyi vədlərə əməl etməyərək aldığı pulların hamısını dələduzluqla ələ keçirib. Nihad həmin dövrdə müxtəlif ölkələrə səfərlər edərək vəsaitin böyük hissəsini xərcləyib.


Bundan başqa, Nihadın müəllim kimi işə düzəltmək adı ilə 2 nəfərdən müvafiq olaraq 5 min və 40 min manat, bir nəfərdən isə Dubayda hotel biznesinə yatırım vədi ilə 41 min manat alaraq ələ keçirməsi də müəyyənləşdirilib.


Məhkəmə araşdırması zamanı N.Rəhimli bildirib ki, 2023-cü ildə vəfat edən atası zərərçəkmiş şəxslərin bəziləri ilə birgə iş görüb və aralarında pul məsələsi olub. O, ittihamların böyük hissəsini qəbul etməyib.


Nihadın anası isə ifadəsində qeyd edib ki, mərhum əri müəllim kimi işlədiyi məktəbdə iş yoldaşı Rəhilə Əliyeva ilə birgə iş görüb. O, ərinin Rəhilədən faizlə pul götürdüyünü və ona 300 min manata yaxın pul verdiyini deyib.


Həmçinin məlum olub ki, Nihadın atası həmin ərəfədə Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edibmiş.


Məhkəmə Nihadı Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib. Ona 7 il həbs cəzası verilib.


Həmçinin Nihada qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan müəllimi olmuş Rəhilə Əliyevaya 313 min manat, digər 2 zərərçəkənə isə 46 min manat tutularaq ödənməsi yer alıb.



Həmçinin oxuyun:
Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Bir sıra hərbi qulluqçulara orden verdildi – SİYAHI

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

Prezident bu jurnalistləri təltif edib - SİYAHI

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Bu tələbələr Prezident təqaüdü alacaq - Siyahı

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb - SİYAHI

Prezident sərəncam imzalayıb: 100 nəfər Prezident təqaüdü veriləcək- ADLAR

Prezident sərəncam imzalayıb: 100 nəfər Prezident təqaüdü veriləcək- ADLAR

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”

“Nazirlik işçisi” külli miqdarda pul mənimsədi, həbs edildi – FOTO

“Nazirlik işçisi” külli miqdarda pul mənimsədi, həbs edildi – FOTO

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”

BSU-nun sabiq şöbə müdirindən etiraf: “Dörd min manatı Nurlana Əliyevaya verdim”