AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə
31 oktyabr 2025
869

Naxçıvanda beynəlxalq şahmat turniri AÇILIB



Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin açılış mərasimi keçirilib.


Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin açılış mərasimi keçirilib.


AzTehsil.com xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildiriblər ki, Zəfər Gününə həsr olunmuş bu turnir həm Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi, həm də gənclərin intellektual inkişafına dəstək məqsədi daşıyır. 


Vurğulanıb ki, ölkəmizdə sağlam gəncliyin formalaşmasına, kütləvi bədən tərbiyəsinin və xüsusilə də analitik düşüncə tərzi aşılayan şahmatın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində muxtar respublikada da mütəmadi olaraq müxtəlif səviyyəli turnirlər keçirilir və gənc şahmatçılar həm yerli, həm də respublika yarışlarında uğurla çıxış edirlər.


Qeyd olunub ki, “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş beynəlxalq reytinqli turnir də istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edəcəkdir.Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri mahnı və rəqs nümunələri ilə çıxış ediblər. Yarışın baş hakimi Tural Zeynalov iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra turnirə start verilib. 


Qeyd edək ki, turnirdə 87 şahmatçı iştirak edir: onların 51-i reytinqli, 36-sı reytinqsiz, 11-i qadın, 24-ü kişi iştirakçıdır. Yaş qrupları üzrə 6–16 yaş arasında 62 gənc şahmatçı, həmçinin 2 Türkiyə vətəndaşı və 5 veteran mübarizə aparır. Yarış  “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olacaq və 5 noyabra kimi davam edəcək.




Həmçinin oxuyun:
“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Beynəlxalq reytinqli şahmat turniri KEÇİRİLƏCƏK

Beynəlxalq reytinqli şahmat turniri KEÇİRİLƏCƏK

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Dama üzrə onlayn respublika turniri keçirilib

Dama üzrə onlayn respublika turniri keçirilib

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Məktəblimiz şahmat üzrə Qran-Pri turnirinin qalibi oldu

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu