ETN-i yanında İctimai Şura və deputat Ceyhun Məmmədov Qubada görüş keçirib
Elm və Təhsil Nazirliyi yanında İctimai Şura və deputat Ceyhun Məmmədov Qubada görüş keçirib.
AzTehsil.com xəbər verir ki, 25 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində müəllim və şagirdlərlə görüş keçirilib.
Tədbirdə İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Şuranın katibi Günay Əkbərova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin vəzifəli şəxsləri iştirak ediblər.
Professor Hikmət Əlizadə müasir təhsildə şagirdyönümlü yanaşmanın və müəllimin fasilitator rolunun önəmini vurğulayıb. Deputat Ceyhun Məmmədov milli-mənəvi dəyərlərin qorunması və təhsilin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Günay Əkbərova isə müəllimlərin peşəkar inkişafı və innovativ tədris metodlarının əhəmiyyətinə toxunub.
Görüş interaktiv şəkildə davam edib. İştirakçılar təhsil islahatları və imtahan sistemi barədə fikir mübadiləsi aparıblar. Sonda məktəb kollektivi bu cür tədbirlərin bölgələrdə mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.
![]()










