AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
21 oktyabr 2025
1 137

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib



Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib.


AzTehsil.com xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Daşkəsən rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisələrində olub, mövcud vəziyyətlə yerində tanış olublar.


Əvvəlcə Bayan kənd M.Mustafayev adına tam orta məktəbdə həyata keçirilmiş cari təmir işlərinə baxış keçirilib. 11 sinif komplekti üzrə 120 nəfər şagirdin təhsil aldığı məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza və tədris mühiti qiymətləndirilib. Məktəb kollektivi ilə keçirilən görüşdə tədrisin təşkili, şagirdlərin dərsə davamiyyəti, müəllimlərin peşəkarlıq səviyyəsi və məktəbdə aparılan əlavə inkişaf tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb.


Daha sonra Ş.Cavad adına Təzəkənd kənd tam orta məktəbində olan rəsmilər orada da həyata keçirilmiş cari təmir işləri ilə yerində tanış olublar. Məktəbin rəhbərliyi tərəfindən təqdim edilən məlumat əsasında təhsil müəssisəsində görülən işlərin əhatə dairəsi və nəticələri barədə ətraflı məlumat verilib.


Görüşlər zamanı təhsil müəssisələrində infrastrukturun yenilənməsi, tədrisin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin ehtiyaclarının vaxtında təmin olunması istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.


Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır, infrastruktur və tədris mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd şagirdlər üçün təhlükəsiz və keyfiyyətli təhsil mühitinin təmin olunması, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və ümumilikdə təhsil sahəsində davamlı inkişafın təmin edilməsidir.



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri