AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan
14 oktyabr 2025
827

“Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya”



Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci DİM Dialoqunda çıxış edib.“Təhsil – bilik, bacarıq və dəyərlərlə insan kapitalını formalaşdıran ən əsas vasitədir. Dayanıqlı inkişaf isə bu kapitalın cəmiyyətin rifahına çevrilməsini təmin edən hədəfdir”.



AzTehsil.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.  



Mövzunun ölkəmizin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu qeyd edən Komitə sədri, təhsil və dayanıqlı inkişafın bir-birindən ayrılmaz anlayışlar olduğunu vurğulayıb: “Azərbaycan dövləti təhsili dayanıqlı inkişafın mərkəzinə yerləşdirib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə 4-cü məqsəd – “Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsil və ömürboyu öyrənmə imkanları” bu istiqamətdə atdığımız addımlar üçün mühüm istiqamətverici çərçivədir”.



Son illərdə ölkəmizdə təhsil sahəsinə qoyulan investisiyaların infrastrukturun yenilənməsi, rəqəmsallaşma, həmçinin insan kapitalına yönələn siyasətlərlə müşayiət olunduğuna diqqət çəkən B.Muradova, bu istiqamətdə görülən işlərin regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına və hər bir uşağın təhsildən yararlanmasına şərait yaratdığını dilə gətirib. 



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təhsil sahəsində dövlət siyasətinin mühüm iştirakçısı olduğunu qeyd edən sədr, təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirilən davamlı layihələr barədə məlumat verib. 



B.Muradova müasir dünyanın inkişaf tempinə uyğunlaşmaq üçün yeni çağırışlara qoşulmağın zəruriliyini vurğulayıb: “Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq, Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti subyektləri ilə birgə çoxsaylı layihələr həyata keçirir. Bu layihələr arasında təhsilin və gənclərin imkanlarının artırılması məqsədi daşıyan təşəbbüsləri cəmiyyət böyük maraqla qarşılayır. Bu layihələr şəhid xanımlarının və gənc qadınların təhsilə çıxış imkanlarını genişləndirir, onların gələcəyə inamla addımlamasına dəstək verir".



Komitə sədri əlavə edib ki, üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib.



Təhsil sahəsində həyata keçirilən belə layihələrin təkcə fərdi uğurlara deyil, həm də cəmiyyətin dayanıqlı inkişafına xidmət etdiyini qeyd edən B.Muradova, bu təşəbbüslərin qızların, qadınların və uşaqların bərabər imkanlarla təhsildən yararlanmasına şərait yaratdığını, eləcə də gender bərabərliyinin real ifadəsinə çevrildiyini əlavə edib. 



O, çıxışının sonunda Dailoq çərçivəsində aparılacaq müzakirələrin, təqdim olunacaq ideyaların Azərbaycan cəmiyyətinin gələcəyi üçün yeni imkanlar yaradacağına, təhsil sahəsində dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib. 



 



Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...