AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
03 oktyabr 2025
892

Yüksək bal toplayanlar daha çox regionlardandır



Müəllimlərin işə qəbulu üzrə yüksək bal toplayan namizədlərin əksəriyyəti Bakıda fəaliyyət göstərməyə üstünlük verirlər. Bu da öz növbəsində təhsilalanların xeyrinədir.


Lakin buraxılış və qəbul imtahanların statistikasına nəzər yetirsək, yüksək bal toplayan şagirdlərin daha çox bölgələrdə təhsil aldığının şahidi oluruq.


Bəs, görəsən, həmin şagirdlərin yetişdirilməsində əsas faktor nədir? Yüksək bal toplayan müəllimlərin əksəriyyəti Bakını seçməsinə baxmayaraq, bölgələrdə yüksək bal toplayan şagirdlərin sayının daha çox olmasına səbəb nədir?


Mövzu ilə  açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, Bakı və regionlardakı müəllimlərin seçimi və bu seçimlərin nəticələrdə əks olunma səbəbləri müxtəlif sosial, iqtisadi və mədəni amillərdən qaynaqlanır:

AzTehsil.com xəbər verir ki, “MİQ imtahanlarından yüksək bal toplayan müəllimlərin çoxunun Bakını seçməsi şəhərdəki daha yüksək maaş imkanları, kariyera perspektivləri və geniş təhsil infrastrukturu ilə bağlıdır. Şəhərdəki təhsil müəssisələrinin geniş spektri, maddi-texniki baza və inkişaf etmiş tədris imkanları Bakı müəllimləri üçün əlavə stimul yaradır. Burada təhsil alan şagirdlər də daha geniş resurslardan faydalana bilirlər.


Lakin regionlardan çıxan yüksək bal toplayan şagirdlərin çoxluğu bir neçə səbəbdən irəli gəlir. Birincisi, rayonlarda təhsil alan şagirdlərin daha çox diqqət və motivasiya ilə hazırlaşmasıdır. Bölgələrdəki şagirdlər üçün təhsildə yüksək bal toplamaq və universitetə qəbul olmaq sosial yüksəlişin əsas yollarından biridir. Şəhərdə yaşayan şagirdlər üçün isə alternativ fəaliyyətlər və diqqət dağıdan faktorlar daha çoxdur. Bu, bəzi şəhər şagirdlərinin dərslərə yönəlməsinə mane ola bilər, amma bölgələrdə bu cür diqqət dağıdan amillər daha məhduddur.


Bununla yanaşı, bölgələrdə çox zaman müəllimlər və şagirdlər arasında daha yaxın əlaqə qururlar. Bölgələrdə müəllimlərin kiçik siniflərdə daha fərdi yanaşma tətbiq etməsi, şagirdlərlə birbaşa əlaqə və onlara daha çox motivasiya verilməsi mümkündür. Məsələn, bəzi bölgə məktəblərində müəllimlər şagirdləri dərsdən əlavə saatlarda da hazırlayır və bununla nəticələrə təsir göstərə bilir. Bu fərdi diqqət və təcrübə şagirdlərin motivasiyasını artırır, onları daha ciddi şəkildə çalışmağa təşviq edir”.


Həmsöhbətimiz qeyd edib ki, regionlarda yüksək bal toplayan şagirdlərin sayının daha çox olması həm də burada yaşayan ailələrin təhsilə xüsusi əhəmiyyət verməsindən qaynaqlanır:


“Rayon ailələri çox vaxt təhsili gələcək üçün əsas uğur vasitəsi kimi görür və uşaqlarını universitetə qəbul olmaq üçün hərtərəfli dəstək verirlər. Şəhərdə isə bəzi valideynlər övladlarının başqa sahələrdə də uğur qazanmasına diqqət yetirir, bu isə təhsilin prioritet sırasını dəyişdirə bilir.


Dünya təcrübəsi də göstərir ki, regionlarda və ya kiçik şəhərlərdə təhsil alan şagirdlər çox vaxt akademik olaraq daha uğurlu olurlar. Məsələn, ABŞ-də kənd bölgələrində olan məktəblərdən çıxan tələbələrin daha yaxşı akademik nəticələr göstərdiyinə dair bir çox araşdırma var. Bu, bölgələrdəki təhsilin daha fokuslanmış olması və sosial dəstək mexanizmlərinin yüksək olması ilə əlaqələndirilir.


Ümumilikdə, şəhərdə təhsil alan müəllimlərin Bakını seçməsi təhsilin keyfiyyətinə təsir göstərsə də, bölgələrdə motivasiya və fərdi yanaşma ilə yüksək nəticələr əldə olunur. Bu vəziyyəti balanslaşdırmaq üçün region müəllimlərinin maddi dəstəyinin artırılması və bölgələrdə də təhsil resurslarının gücləndirilməsi faydalı olardı”, - deyə fikrini yekunlaşdırıb.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Məktəblərdə vakant yerlər artacaq

Məktəblərdə vakant yerlər artacaq

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

MİQ-də uğursuz olanlar necə iş tapa bilərlər? - FÜRSƏTLƏR

MİQ-də uğursuz olanlar necə iş tapa bilərlər? - FÜRSƏTLƏR

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

“Övladımın Qərbi Kaspi universitetini seçməsi mənim tövsiyəm olub” – Elçin Şıxlı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət