Dərs bölgüsü zamanı qeyd olunanlar mütləq icra olunmalıdır
Dərs bölgüsü zamanı aşağıda qeyd olunanlar mütləq icra olunmalıdır.....
AzTehsil.com- təqdim edir.
1) Əvəzçi, ikinci iş yerleri,65 yaşi tamam olmuş işçilər tarifləşmədə adları vakantda olmalıdır.
2) 2025-2026 tədris ilində Miq imtahanindan keçib müddətsiz işə qəbul olanlar tarifləşmədə adları yazilmalidir.
3) Hazırlıq qrupları yalnız 4 sinifdə dərs deyen müəllimlərə verilməlidir.
4) Dərs saatı olmayan müəllimə Hazırlıq qrupu verilə bilməz.
5) Hərbi hazırlıq müəllimlərinə 20 saatdan artiq dərs verilə bilmez( əgər saat coxdursa QXRTİ-nin raziliq məktubu əsasinda 6 saat saathesabi dərs tədris ede bilər)
6)Müəllimlər arasında dərs bölgüsü Dq,Miq və sertifikasiya balına uyğun ədalətli şəkildə bölünməlidir.
7) Azərbaycan dili və ədəbiyyat dərslərini iki müəllim arasında bölmək olmaz.
8)Bölünən dərslərdə ixtisasli fənn müəllimi yoxdursa həmin fənlər bölünə bilməz və bölüb kənardan müəllim dəvət eləməsi yolverilməzdir.
9)Ubtr, Psixoloq, kitabxanaçilar, laborantlar və təsərüffat müdirlərinə dərs saatı verilə bilməz, onların işə qəbulu müəllim kimi deyil.
10)Evdə fərdi təhsilə cəlb olunan uşaqlara verilən dərs saatlarına direktor və müavinlərinin tədris edliməsi olmaz.
11)Həyat bilgisi fənni sertifikati olan fizika,kimya,bialogiya,cografiya müəllimlərinə verilməlidir.Əgər məktəbdə sertifikatı olan ixtisasli müəllim yoxdursa məktəbin pedaqoji şuranin qərarına qoyub digər müəllimlərə verilə bilər
12) Rəqəmsal bacarıqlardan dərs deyen müəllimlərin mütləq şəkildə sertifikatı olmalıdır , əgər yoxdursa dərs tədris etməyi qaydalara ziddir.
13) Bölünən saatlarda əgər sinif otaqları və maddi texniki baza yoxdursa bölünməyə icazə verilmir.(informatika-fiziki tərbiyə-texnalogiya-xarici dil).Əmək otagi və idman zalları olmayan məktəblərdə bölünmə aparmaq olmaz.
14)Dq bali 10 olan müəllimlərə 6 saatdan artıq dərs verilməsi mümkünsüzdür.
15)DQ və sertifikasiyadan kecmeyən direktor və müavinlərə dərs saati verilmir.
16)İbtidai sinif müəllimlərinə yuxarı siniflərdə dərs saati vermek qadağandır.
17)Müəllimlərə ixtisasına olmayan dərslər tarifləşmədə verilə bilməz.
18) Analıq məzuniyyətində olan işçilərin adını tarifləşmədə dərs saatının yazmaq və onun adına tarifləşməsi mütləqdir.
Yuxarıda qeyd olunanları hər bir aparıcı məsləhətçilər işçilərinizi məlumatlandirin qaydalara uygun şəkildə tarifləşməni yoxlayıb nəzarət elesinlər.Qeyd olunanlardan kənarlaşma eden Aparıcı məsləhətçi və mühasib məsuliyyət daşıyır və onun haqqında qaydalara uygun inzibati tədbir görüləcəkdir.
Yeni 2025-2026 tədris ilində hər birimizə uğurlar işlərimizdə dahada məsuliyyətli olmağı arzu edirəm Ümidvarıq ki, yeni tədris ili bizlər ücün yadda qalan düşərli illərdən olacaq.