AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə
16 sentyabr 2025
879

İbtidai sinif müəllimlərinin 90%-i peşə imtahanında uğursuz olub




İbtidai sinif müəllimlərinin 90%-i peşə imtahanında uğursuz olub.

"İbtidai sinif müəllimliyi" ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.


AzTehsil.com xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.


O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında "İbtidai sinifmüəllimliyi" ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib:


"Belə ki, sözügedən imtahandahəmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticəgöstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib. Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür". 


Sədrin sözlərinə görə, təhlillər peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasənali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdimetməklə qəbul olunan şəxslərdin olduğunu göstərir:


"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxsləri vəonların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərə almağa çağırırıq".


"Mühəndislik" ixtisasına gəlincə, burada müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir:


 "Xüsusən də, "Həyat fəaliyyətinin təhlükəsizliyimühəndisliyi" ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər (4%) uğurlu olub, 22 nəfər isə (96%) uğursuz nəticə əldə edib. "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə imtahandaiştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu (12%) nəticəgöstərib, digər 27 nəfər (88%) isə uğursuz olub.


Uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası alitəhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir".



Həmçinin oxuyun:
Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

TKTA-ə edilən müraciətlərin TƏHLİLİ

TKTA-ə edilən müraciətlərin TƏHLİLİ

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

İxtisas qrupları üzrə SİYAHI- ADPU

İxtisas qrupları üzrə SİYAHI- ADPU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT

Yalan vədlər verən xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə MÜRACİƏT

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

AGENTLİK müraciət edib

AGENTLİK müraciət edib

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.