Nazir: Yeni dərs ili yeni ümidlər deməkdir
Elm və təhsil naziri Emin Əmrullayev 15 sentyabr - Bilik Günü ilə bağlı paylaşım edib.
AzTehsil.com xəbər verir ki, paylaşımda deyilir:
“Əziz müəllimlər, şagirdlər, tələbələr və valideynlər! Sizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, hər birinizə uğurlar arzu edirəm. Yeni dərs ili yeni ümidlər, yeni hədəflər deməkdir. Bu tədris ilinin hər biriniz üçün məhsuldar və nailiyyətlərlə zəngin olmasını arzulayıram.