AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Bölgə
14 sentyabr 2025
739

Müəllimlər beynəlxalq sertifikasiyaya hazırlaşır



Mingəçevir Dövlət Universitetində (MDU) müəllimlərin xarici dil biliklərinin inkişafı və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.


AzTehsil.com xəbər verir ki, bu gün universitetin Xarici dillər kafedrasının 7 müəllimi TKT (Teaching Knowledge Test) Module 1 imtahanında iştirak ediblər.


Bu imtahan Cambridge University Press & Assessment təşkilatının beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramıdır və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.


Xatırladaq ki, 2025-ci ilin may ayında MDU ilə “Cambridge University Press & Assessment”in Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC (International Training and Assessment Center) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində universitetdə tədris proqramlarının Cambridge standartlarına uyğunlaşdırılması, müəllim və tələbələrin TKT və digər beynəlxalq imtahanlarda iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, “İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi çərçivəsində universitetin 40 əməkdaşı üçün ödənişsiz peşəkar İngilis dili kursu təşkil ediləcək. Təlimlər British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və MDU əməkdaşlığı ilə həyata keçiriləcək. Oktyabrın 6-dan başlayacaq proqram hibrid formada (onlayn və üzbəüz seminarlarla) keçiriləcək və iştirakçıların səviyyəsi layihədən öncə British Council Aptis diaqnostik imtahanı ilə müəyyənləşdiriləcək.


Təlim proqramı çərçivəsində B2 səviyyəsindən aşağı olan müəllimlər üçün 160 akademik saatlıq ümumi ingilis dili kursu, B2 və daha yüksək səviyyədə olan müəllimlər üçün 80 saat ümumi ingilis dili və 80 saat metodika təlimi, fənn müəllimləri üçün isə 140 akademik saat ümumi ingilis dili və metodika təlimi təşkil ediləcək.

Qeyd edək ki, bu təşəbbüslər MDU-da pedaqoji heyətin peşəkarlığının artırılmasına, beynəlxalq sertifikasiyaya çıxış imkanlarının genişləndirilməsinə və tədrisin keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasına xidmət edir.




Həmçinin oxuyun:
Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Azərbaycanda Tanınan Gürcüstan Universitetlərinin Siyahısı

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

Amerikanın ən yaxşı universitetləri

Amerikanın ən yaxşı universitetləri

DİM TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edib

DİM TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

TKT imtahanına qeydiyyat davam edir

TKT imtahanına qeydiyyat davam edir

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edib

Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb

Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

İnşaat Kolleci Gürcüstan təhsil müəssisələri ilə əməkdaşlığa hazırlaşır

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

700 bal toplayan abituriyentin arzusu diplomat olmaqdı- VİDEO

700 bal toplayan abituriyentin arzusu diplomat olmaqdı- VİDEO

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI