AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə / Şagird
08 sentyabr 2025
1 086

Lerikdə yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib



Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib.


AzTehsil.com xəbər verir ki, sentyabrın 8-də Lerik Rayon İcra Hakimiyyətində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə və 2024/2025-ci tədris ilində rayonda fəaliyyət göstərən təhsil müəssisələrində ümumi orta təhsil pilləsini bitirmiş və buraxılış imtahanlarında yüksək nəticə əldə etmiş şagirdlərlə görüş keçirilib. 

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun bir sıra ümumtəhsil məktəbinin direktorları və bir qrup lerikli ziyalı iştirak edib. 

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri və məktəb direktorlarını yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, rayonumuzda ali məktəblərə daxil olan gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. Bildirib ki, bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 141 nəfər tələbə adını qazanmış, onlardan 23 nəfər 500-dən, o cümlədən 5 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən də davam etdirmiş, təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuş, təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılmışdır. Məhz aparılan düzgün siyasətin nəticəsidir ki, bu gün Lerik məktəblərindən məzun olmuş abituriyentlərdən ali məktəblərə qəbul olanların 50% yaxınını qızlar təşkil edir.

 Ə.Abbasov tələbə adını qazanaraq Qarabağ Universitetinə qəbul olunmuş gəncləri də təbrik edərək qeyd olunan universitetdə təhsil alacaqlarının böyük fəxr hissi doğurduğunu bildirib, onlara təhsillərinin növbəti mərhələsində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin müavini Rəhim Rəhimov, lerikli ziyalılardan Arzuman Muradlı, İslam Qəribli çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib onlara uğurlar arzulayıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar rayon icra hakimiyyəti, lerikli ziyalılar və iş adamları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin rayon icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif olunublar.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017