Şəhidlər UNUDULMUR
AzTehsil.com xəbər verir ki, Quba rayonu II Nüəgədi kəndində Vətən Müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, şəhid ailələri, təşkilatın əməkdaşları və partiya fəalları şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi ziyarət olunub onların qayğı və problemləri ilə marağlanılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.