Bakının bu məktəblərində dərslər başlayıb - SİYAHI
Azərbaycanda dərslərin 15-i başlasa da, Bakıda fəaliyyətə başlayaq bir sıra xüsusi təhsil müəssisəsi artıq tədris prosesinə başlayıb.
AzTehsil.com xəbər verir ki, Bakı Beynəlxalq Məktəbində (BIS) dərslər avqustun 21-də, Beynəlxalq Azərbaycan Məktəbində (TİSA) avqustun 30-da.
Sentyabrın 1-dən “İdrak” liseyi (Bakı filialı), “Evrika” liseyi və SABIS SUN Beynəlxalq Məktəbinin 5–12 yaş qruplarında dərslərə start verilib.
Sentyabrın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və SABIS SUN Beynəlxalq Məktəbinin 1–4-cü siniflərində dərslər başlanıb.
Sentyabrın 3-dən etibarən Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və “Kaspi” liseyinin 9, 10 və 11-ci sinifləri üzrə dərslərə başlanılıb.
Xəzər Universiteti Dünya Məktəbinin Bakı filialında sentyabrın 5-də, Sumqayıt filialında 12 sentyabrdan dərs ilinin başlanması ilə tutulur.