AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Ekspert / İlk peşə təhsili / Bölgə
06 sentyabr 2025
1 043

"Peşə təhsili rəqabət mühitinə çevrilib"- Ekspert



"Əvvəllər valideynlərin və abituriyentlərin böyük əksəriyyəti yalnız ali məktəblərə qəbul olmağı əsas məqsəd hesab edirdi, peşə məktəblərinə maraq isə çox aşağı idi. Lakin Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində vəziyyət köklü şəkildə dəyişib. Peşə təhsili müəssisələrinin modernləşdirilməsi, infrastrukturun yenilənməsi, əmək bazarının tələblərinə uyğun ixtisasların açılması və məzunların işlə təminatına dair zəmanətlərin verilməsi nəticəsində bu gün peşə məktəblərinə qəbul prosesində yüksək rəqabət formalaşıb".


AzTehsil.com- n əldə etdiyi məlumata görə bu fikirləri peşə təhsilindən danışan təhsil eksperti Kamran Əsədov bildirdi. Onun sözlərinə görə, 2015-ci ildə peşə məktəblərinə sənəd verənlərin sayı cəmi 6 min nəfər idisə, 2023-cü ildə bu rəqəm artıq 26 min nəfəri keçib:


"Bu isə beş dəfədən çox artım deməkdir. Hazırda ölkədə 130-dan çox peşə təhsili müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyəti son illərdə əsaslı təmir olunub, maddi-texniki bazası yenilənib. Əvvəllər köhnəlmiş binalarda fəaliyyət göstərən peşə məktəbləri bu gün müasir avadanlıqlarla təchiz olunub, tələbələr praktik bilikləri birbaşa istehsalat bazasında qazana bilirlər. Nazirliyin verdiyi məlumata görə, peşə məktəblərinin məzunlarının 80 faizdən çoxu təhsilini bitirdikdən dərhal sonra əmək bazarında işlə təmin olunur. Bu fakt özü göstərir ki, peşə təhsili artıq işsizlikdən qurtulmaq üçün real alternativə çevrilib. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 27-ci maddəsində açıq şəkildə qeyd olunur ki, peşə təhsili dövlətin iqtisadiyyatının inkişafı üçün zəruri olan ixtisaslı kadrların hazırlanmasını təmin etməlidir. Elm və Təhsil Nazirliyinin gördüyü tədbirlər bu maddənin reallaşdırılması istiqamətində mühüm addımlardır. Əgər əvvəllər peşə təhsilinə maraq az idisə, indi artıq eyni ixtisasa çoxsaylı müraciətlərin daxil olması nəticəsində yüksək bal toplayan abituriyent belə kənarda qala bilir. Bu isə yalnız bir şeyi göstərir: peşə təhsili rəqabət mühitinə çevrilib və hamı bu məktəblərə qəbul olmaq istəyir. Bu, təhsil siyasətinin uğur göstəricisidir".


Ekspert əlavə etdi ki, peşə məktəbləri regional inkişafı da dəstəkləyir.


"Bakı ilə yanaşı, regionlarda açılan yeni peşə mərkəzləri gənclərin paytaxta üz tutmasının qarşısını alır, onları yerli istehsalat müəssisələri ilə əməkdaşlıq çərçivəsində işlə təmin edir. Məsələn, Gəncə, Mingəçevir və Sumqayıtda fəaliyyət göstərən müasir peşə mərkəzlərində tələbələr həm oxuyur, həm də paralel olaraq əmək bazarına uyğun bacarıqlar qazanırlar. Bu, həm gənclərin sosial rifahını, həm də ölkə iqtisadiyyatının dayanıqlılığını gücləndirir.


Peşə məktəblərinə marağın kəskin artması, rəqabətin güclənməsi və qəbul mexanizmlərində baldan əlavə digər amillərin nəzərə alınması təhsil sistemində müsbət dəyişikliklərin göstəricisidir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə həyata keçirdiyi siyasəti ilə tərifəlayiqdir, çünki bu gün peşə təhsili nəinki əvvəlkindən fərqli olaraq cəlbedici sahəyə çevrilib, həm də ölkənin iqtisadi inkişafına birbaşa təsir edən dayanıqlı bir sistem kimi formalaşıb. Bu islahatlar göstərir ki, dövlət yalnız ali təhsilə deyil, həm də peşə təhsilinə ciddi önəm verir və bu, gələcəkdə həm gənclərin, həm də ümumilikdə Azərbaycanın inkişafına böyük töhfə olacaq", - deyə Kamran Əsədov vurğulayıb.



Həmçinin oxuyun:
Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi