Təhsil işçilərinin konfranslarının keçirilməsi- SƏBƏBİ
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı MÜTDA-n ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalıyev bildirib ki, hazırda təhsil işçilərinin sentyabr konfransları keçirilir. Konfransların məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Bu ilki konfransların gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilir.
- Uşaqların 1-ci siniflərə və məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
- 2025-2026-cı tədris ili üzrə ümumilikdə 8 milyona yaxın dərslik təhsil müəssisələrinə paylanılması üçün çatdırılıb.
- Müəssisələrin təmiri, tikintisi, təchizatı prosesi davam etdirilir.
- Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.
Ətraflı 👇