“Rezidentura” xüsusi buraxılışı çap olunub
Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib.
AzTehsil.com xəbər verir ki, DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul olunanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim edilib.
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.