Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
AzTehsil.com- Xəbər verdiyimiz kimi Fransız dili müəllimləri həm dərs saatlarının, həm də vakansiyaların azlığından narazıdırlar. Bu il fransız dili üzrə ayrılmış vakant yerlərə və saatlara baxanda isə vəziyyətin nə qədər kritik olduğunu görə bilirik.
2025-ci il üzrə ümumilikdə fransız dili müəllimliyi üzrə 7 vakant yeri ayrılıb. Həmin yerlər isə ucqar dağ kəndləridir. H2 - həvəsləndirmədən də bəlli olur ki, kəndlər gediş-gəliş üçün çətin və uzaq yerlərdə yerləşir. Bəs bu halda fransız dili ixtisası üzrə oxumuş, imtahanda yüksək bal toplamış insanlar nə etməlidirlər? Onlar ev-eşiklərindən uzağa, dağlıq kəndlərə 9-17 saatdan ötürü getməlidirlərmi? Müəllim nə qədər yüksək bal toplayırsa, toplasın yenə də uzağa işləməyə getmək məcburiyyətində qalır. Çoxları isə şəhərdən, yaxud hansısa rayondan başqa rayonun ucqar kəndinə gedib-gələ bilmir, xüsusən qışda, sərt havalarda bu, mümkünsüzə çevirilir.
Həmin bölgələrin hər il vakanta çıxması isə heç təsadüf deyil. Araşdırdığımızda məlum olur ki, ucqar ərazilərə işləməyə gedənlər 1 ildən sonra işdən öz əraziləri ilə çıxırlar. Çünki şərait və alınan məvacib insanları təmin etmir. Müəllimlərin istəyi ölkənin bir çox bölgəsində fransız dili müəllimliyi üzrə vakansiyaların açılması, daha çox məktəbdə bu fənnin tədris edilməsidir. Əks halda isə onlar bir neçə ilə ümumiyyətlə işsiz qalacaqlar. Bu halda heç olmasa onlara təhsil sahəsi üzrə başqa işlərdə çalışmalarına şərait yaradılmalıdır.