Bir neçə abituriyent istintaqa cəlb edilib
Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunmasına dair məlumatlar yayılır. DİM hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür.
AzTehsil.com-n əldə etdiyi məlumata görə bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanır, press-reliz dərc edilir:
“İmtahan qaydalarını pozanlarla bağlı vaxtından, yerindən asılı olmayaraq pozuntuların səviyyəsindən asılı olaraq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək”.