Ödənişli əsaslarla olan yerlərin 90 faizi dola bilər
Bu il ali məktəblərdə ödənişli əsaslarla ayrılmış yerlərin 90 faizi dola bilər.
AzTehsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər il universitetlərə qəbul üzrə plan yeri 90 faizdən çox olur: “Ola bilsin elə ixtisaslar var ki, az müraciət olunsun”.