Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!
“Təsviri incəsəsənət müəllimliyi” ixtisasının daxil olduğu 13-cü komissiya üzrə qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
AzTehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
13-cü komissiya üzrə apellyasiya müraciətlərinin elektron formada qəbul olunması nəzərdə tutulur. 13-cü komissiya üzrə qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.