Şəkidən olan balaca Fəridin böyük UĞURU
Şəkidən olan balaca Fəridin böyük uğuru...
AzTehsil.com xəbər verir ki, Ümumi təhsil müəssisələrin mərkəzləşdirilmiş qaydada keçirilən monitorinqinin nəticələrinə əsasən Şəki şəhər 5 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi böyük uğur qazanıb.
Fərid Məzahir oğlu Məmmədov monitorinqdən 58 bal toplayaraq Şəki rayon birincisi olub.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsidir. Şagirdlərə bunun üçün tədris dili və riyaziyyat fənləri üzrə 60 suala cavab verməlidirlər.