Tələbələrin köçürülməsi prosesinə start verilib
AzTehsil.com xəbər verir ki, 2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə iyulun 15-i saat 11:00-da start veriləcəkdir.Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.