MİQ imtahanına yekunlaşıb - NƏTİCƏ
AzTehsil.com xəbər verir ki, 3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7% davamiyyət qeydə alınıb.
Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 10 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 11 iyul saat 12:00-dan etibarən start veriləcək.