AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird / Tədbirlər
04 iyul 2025
921

Prezidentlər məktəb açılışında

AzTehsil.com- xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov “Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi”nin açılışını həyata keçiriblər.Məktəb Ağdamın Xıdırlı kəndində yerləşir. Prezidentlər əvvəlcə məktəbin həyətində quraşdırılan yurtaya baxıblar.Yurta türkdilli xalqların tarixən istifadə etdiyi köçəri yaşayış evidir. Asanlıqla qurulub-sökülən bu səyyar yaşayış yeri min illərlə türk tayfalarının təbiətə uyğun və çevik həyat tərzini simvolizə edir. Bu gün isə yurta həm də türk kimliyinin və mədəniyyətinin canlı simvollarından biri olaraq turizm sahəsində yenidən dirçəlməkdədir. Mərkəzi Asiyanın bir çox ölkəsində “yurta turizmi” konsepsiyası getdikcə populyarlaşır.Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir.Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.“Ayköl Manas” iki dövlət arasında mənəvi körpüdür.Məktəbə verilən “Ayköl Manas” adı isə xüsusi rəmzi dəyərə malikdir. Manas Qırğız xalqının minillik yaddaşında iz qoymuş dastan qəhrəmanıdır, türkün birliyini, igidliyini və ədalətini təcəssüm etdirir. Qırğız dilində “Ayköl” “ucaqəlbli”, “ədalətli”, “böyükürəkli” mənasını verir. “Ayköl Manas” ifadəsi isə ədalətli və xalqını sevən qəhrəman obrazını simvolizə edir. Bu adın Xıdırlı kəndindəki məktəbə verilməsi iki qardaş ölkə arasında dostluq və ortaq mədəniyyətin nə qədər dərin köklərə malik olduğunu göstərir.Məktəb bütün türk dünyasının ortaq yaddaşına, tarixinə və gələcəyinə inamın simvolu hesab edilir.

Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ağdamın məşhur “Çay evi”

Ağdamın məşhur “Çay evi”

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı - SƏRƏNCAM