AzTehsil.com

Xəbərlər / test / İnnovasiyalar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
04 iyul 2025
1 019

Apellyasiya Komissiyasında bu tip müraciətlərə baxılmayacaq - RƏSMİ



Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.


Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.


AzTehsil.com xəbər verir ki, bildirilib ki, komissiyaya müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.


Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:


Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;


Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;


Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.


Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.


Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.


Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıqtipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.



Həmçinin oxuyun:
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

İnformatika və coğrafiya fənləri üzrə imtahanın nəticələri açıqlanıb

İnformatika və coğrafiya fənləri üzrə imtahanın nəticələri açıqlanıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU

Abituriyentlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

Abituriyentlərin NƏZƏRİNƏ: Nəticələr elan olundu

İmtahan nəticələrindən narazı qalanların- DİQQƏTİNƏ

İmtahan nəticələrindən narazı qalanların- DİQQƏTİNƏ

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

II qrup üzrə ən yüksək nəticə 686.4 bal, III qrup üzrə ən yüksək nəticə 675.2 baldır – RƏSMİ

II qrup üzrə ən yüksək nəticə 686.4 bal, III qrup üzrə ən yüksək nəticə 675.2 baldır – RƏSMİ

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: Daha bir nəfər 300 bal toplayıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: Daha bir nəfər 300 bal toplayıb

Səkkiz nəfərin nəticəsi ləğv olunub

Səkkiz nəfərin nəticəsi ləğv olunub

İmtahanda 20 nəfər 300 bal toplayıb - ADLAR

İmtahanda 20 nəfər 300 bal toplayıb - ADLAR

Apellyasiyaya müraciət bu tarixdən başlayacaq

Apellyasiyaya müraciət bu tarixdən başlayacaq

DİM sonuncu buraxılış imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaratdı

DİM sonuncu buraxılış imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaratdı

Buraxılış imtahanlarında qiymətindən narazı qalmış məzunlara MÜRACİƏT

Buraxılış imtahanlarında qiymətindən narazı qalmış məzunlara MÜRACİƏT

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub