Azərbaycan bölməsi dolur -STATİSTİKA
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd olunur ki, 2024-cü il ali təhsil müəssisələrinə qəbul zamanı plan yerlərinin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda müəyyən edilməsi bir sıra hallarda qeyri-sağlam rəqabət mühiti yaradıb. Nəticədə, bəzi ixtisaslarda daha yüksək bal toplayan abituriyentlər qəbul ola bilmədiyi halda, aşağı balla qəbul faktları müşahidə olunub.
AzTehsil.com- n əldə etdiyi məlumata görə II ixtisas qrupunda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə:
- Azərbaycan bölməsi üçün ayrılan yerlər tam dolub (minimal bal 397.700),
- Rus bölməsi üçün ayrılan 3 yer isə boş qalıb (minimal bal 236.800).
Oxşar vəziyyət I ixtisas qrupunda da qeydə alınıb. Eyni akademiyanın “Kompüter elmləri” ixtisası üzrə:
- Azərbaycan bölməsi üzrə minimal bal – 590.000,
- Rus bölməsi üzrə minimal bal – 434.800 olub.
Jurnalda vurğulanır ki, qəbul planı hər iki bölmə üçün birgə müsabiqə əsasında aparılsaydı, daha hazırlıqlı Azərbaycan bölməsi abituriyentləri bu yerlərə qəbul olmaq imkanı əldə edə bilərdi.