Şagirdlərimizdən möhtəşəm NƏTİCƏ...!
24–29 iyun tarixlərində Şimali Makedoniyada keçirilmiş Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edib.
AzTehsil.com- n əldə etdiyi məlumata görə Məktəblilərimiz bu olimpiadadan 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 5 medal qazanıblar.
Şagirdlərimizi bu möhtəşəm nəticə münasibətilə təbrik edir, onlara növbəti bilik yarışlarında uğurlar arzulayırıq.