Sabahdan etibarən 4 günlük tətil başlayır
Sabahdan etibarən 4 günlük tətil başlayır.
AzTehsil.com xəbər verir ki, baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Belə ki, 21 iyun şənbə günü olsa da, iş günü olub.
Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.