Sertifikasiya imtahanı verəcək müəllimlərin DİQQƏTİNƏ
AzTehsil.com xəbər verir ki, Müəllimlərin sertifikatlaşdırma imtahanları yaxınlaşır. İyunun 18-də prosesə start veriləcək.Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar...Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.Bu il sertifikatlaşdırma imtahanları 25 iyunda yekunlaşacaq.Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda kimya müəllimlərinin sayı 4690 nəfər təşkil edir.Beləliklə, bu il ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaq fənn müəllimlərinin sayı 27 mindən artıq olacaq.