Məktəblilərimizdən daha bir möhtəşəm uğur!
Məktəblilərimizdən daha bir möhtəşəm uğur!
AzTehsil.com xəbər verir ki, 10-16 may tarixlərində ABŞ-nin Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.
Yarışmada Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
Qeyd edək ki, artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.
Bildiririk ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.