AzTehsil.com


Xəbərlər / Valideyn
13 may 2020
1 171


Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib



Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

 

Təhsil naziri Ceyhun Bayramov "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib.           

Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan "Virtual məktəb” layihəsinin uğurlu nəticələri, 900 mindən artıq müəllim və şagirdi birləşdirən layihənin genişləndirilməsi, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edilməsi müzakirə edilib. Eyni zamanda sözügedən onlayn portala Təhsil Nazirliyinin digər proqram təminatları və xidmətlərinin inteqrasiyası, bununla da virtual tədris məkanında həyata keçirilən bütün əsas prosesləri vahid portaldan izləmək və təhlil etmək imkanı da müzakirə mövzusu olub.

Təhsil naziri həmçinin "Cisco Systems" şirkətinin vitse-prezidenti Guy Diedrich və şirkətin regional menecerləri ilə videokonfrans keçirib. Videokonfransda "Cysco Systems" şirkəti ilə Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə həyata keçirilən "Connected School" pilot layihəsinin icra vəziyyəti, məktəbin İKT avadanlıqları və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalarla təminatı, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkili müzakirə edilib. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Cisco Şəbəkə Akademiyası” yaradılıb. Akademiyada kibertəhlükəsizlik üzrə təlim mərkəzinin fəaliyyət göstərməsi, Mərkəzin avadanlıq və proqram təminatı ilə təmin edilməsi və "Cisco” məzmununun tədris proqramına inteqrasiyası nəzərdə tutulub. Bundan əlavə, innovativ təhsil həlləri və texnologiyaların ölkə təhsil sistemində tətbiqini araşdırmaq,  təhsilverənlər üçün ixtisasartırma və əyani tətbiq imkanları yaratmaq məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yaradılan yeni İnnovasiya Mərkəzində "Cisco” şirkətinin də müasir texnologiyaları nümayiş etdiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans

İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

Ceyhun Bayramov inklüziv təhsillə bağlı əmr imzaladı

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır