Sabahdan məktəblilərin payız tətili başlayır
Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.
Aztehsil.com xəbər verir ki, beş günlük tətil noyabrın 20-də başa çatacaq.
Şagirdlər noyabrın 21-də dərsə gələcəklər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr olmaqla beş gün davam edir.Oxuaz//