Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 164 nömrəli orta məktəbdə 9 May - Qələbə Günü münasibətilə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb tədbir keçirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 164 nömrəli tam orta məktəbdə 9 May gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib:
“Dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub. Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, 9 May gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib.
Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər”.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb.
İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətlə yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik”, - deyə qeyd edilib.
Qeyd edək ki, Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.
Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.
Məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub - ARAŞDIRMA APARILIR
Nazirlik şagirdlərin yaxasına “Georgi lenti” taxan məktəb direktoru barədə nə fikirləşir? - FOTOLAR
Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA
Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA
Bakıda oğlan şagirdi “qız” kimi təqdim edən müəllim CƏZALANDIRILDI - RƏSMİ
Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA
Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub
Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib
Bakıda məktəb bağlandı
Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı
Şabran şəhər 1 saylı məktəbdə Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib
Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb
Bakının daha bir məktəbində qalmaqal – FOTO
Bakı şəhər Prokurorluğu və Təhsil İdarəsi 8-ci sinif şagirdinin intiharı ilə bağlı məlumat yaydı
Bakıda bu məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?
Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT
Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
Təhsil naziri intihar edən 27 yaşlı müəllimdən yazdı
Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA
Prokurorluq valideynlərin xəbəri olmadan övladın məktəbdə təhsil alması məsələsini nəzarətə götürdü
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Bakıda karantini pozan məkteb direktoruna xəbərdarlıq edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 172 nömrəli tam orta məktəbdə olub
Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO