AzTehsil.com


Xəbərlər / Müəllim
01 oktyabr 2021
850


Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA



 

Yasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.

Bildirilib ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. 

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:

"Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir”.

"Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir”, - deyə idarədən əlavə edilib. 

Məktəbdən saytımıza bildirilib ki, 2021-2022-ci tədris ilində 18 nömrəli tam orta məktəbdə  5 "a”, 5 "b”, 5 "c”, 5 "ç”, 5 "d”, 5 "e” olmaqla, 6 beşinci sinif fəaliyyət göstərir:

"Məktəbdə bütün V siniflər II növbəyə keçirilib. Buna səbəb şagird sayının artması və sinif otaqlarının çatışmamasıdır. Eyni zamanda, V siniflər ümumi orta təhsil səviyyəsində  (Azərbaycan bölməsində 25 saat, rus bölməsində 27 saat) ən az dərs yükü olan sinif olduğu üçün II növbəyə məhz həmin siniflərin keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, 5 "c” sinfində təhsil alan şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparırıq. Sinifdəki şagirdlərdən 24-ü dərslərdə iştirak edir”.

"Məktəbdaxili nizamlamaya uyğun olaraq, qeyd edilən sinif şagirdlərinin növbəti tədris ilindən I növbədə təhsil alacağı gözlənilir. Valideynlərin yuxarıda qeyd edilən səbəbləri nəzərə alaraq, məsələyə anlayışla yanaşacağına inanırıq”, - deyə qeyd edilib. 



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə ikinövbəli dərslərin səbəbi - Rəsmi açıqlama

Məktəblərdə ikinövbəli dərslərin səbəbi - Rəsmi açıqlama

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1 106 valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA

Bakı məktəbində “Son zəng” sinif otağında keçirilib? - AÇIQLAMA

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Sumqayıtda bir məktəbin ibtidai sinif şagirdləri kütləvi şəkildə dərsə getməkdən imtina etdi

Sumqayıtda bir məktəbin ibtidai sinif şagirdləri kütləvi şəkildə dərsə getməkdən imtina etdi

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Martın 1-dən məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur

Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?

Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?

Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır

Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır

Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA

Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Baş nazirdən orta məktəblərlə bağlı YENİ QƏRAR

Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb – RƏSMİ

Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb – RƏSMİ

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

“Son zəng”də valideynlərin iştirakına icazə verilmir – Rəsmi

“Son zəng”də valideynlərin iştirakına icazə verilmir – Rəsmi

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Təhsil nazirliyi rayon(şəhər) təhsil şöbələrinə məktub göndərib

Təhsil nazirliyi rayon(şəhər) təhsil şöbələrinə məktub göndərib

İnklüziv siniflərin sayı artırılır

İnklüziv siniflərin sayı artırılır

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Bir məktəbdə 15 sinif distant təhsilə keçib

Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq?

Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq?