Ögey qızına əxlaqsız hərəkətə görə 70 yaşlı müəllimi şantaj etdi
Zaqatalada müəllimə hədə-qorxu gələrək 3000 manat tələb edən şəxsə hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayında baş verib. Belə ki, 32 yaşlı Zaur Qurbanov (ad və soyad şərtidir) qeyri-rəsmi münasibətdə yaşadığı Sevda Quliyevanın (ad və soyad şərtidir) qızının təhsil aldığı kursda müəllimi tərəfindən seksual hərəkətlərə məruz qalması ilə bağlı məlumat alıb. Bundan sonra Zaur Qurbanov kursda dərs keçən 70 yaşlı müəllim Əlirza Ağayevə (ad və soyad şərtidir) hədə-qorxu gələrək 3000 manat tələb edib. Pulu vermədiyi təqdirdə isə onu rüsvay edəcəyini bildirib. Adının ləkələnəcəyindən ehtiyat edən 70 yaşlı müəllim həmin pulun 1540 manatını 3 dəfəyə verib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Zaur Qurbanov bildirib ki, müəllimi daha əvvəldən tanımayıb və görməyib:
“10 ilə yaxındır ki, Sevda ilə münasibətimiz var. Qızı 7-ci sinif şagirdidir. Onunla da münasibətimiz yaxşıdır. Müəllimi tanımırdım. Sevda mənə dedi ki, uşaq dərsdə olarkən müəllim ona qarşı seksual xarakterli hərəkətlər edib. Qız da uşaqlardan utanaraq ağlaya-ağlaya nənəsigilə gedib. Kursun müdiri ilə danışıb vəziyyəti ona izah etdik. Səhəri gün müdir mənə zəng edib kursa çağırdı. Ora gedəndən sonra Əlirza özü də etiraf etdi. Mən uşağın psixoloji sarsıntı keçirdiyini və müalicə almalı olduğunu deyəndə kursun müdiri dedi ki, onun pulunu Əlirza versin. Əvvəlcə müəllim razılaşmasa da, iki gün sonra məni yenidən kursa çağıraraq 200 manat pul verdi. Bundan sonra hissə-hissə olmaqla ümumilikdə mənə 900 manat pul verib”.
Hadisə zamanı zərərçəkən Əlirza Ağayev ifadəsində bildirib ki, o Zaura ümumilikdə 1540 manat pul verib:
“Özüm Balakəndə yaşayıram. 65 yaşım tamam olduqdan sonra təqaüdə çıxmışam və həmin vaxtdan sonra yaşadığım evdə fizika fənnindən şagirdləri hazırlayaraq ailəmi dolandırıram. Bundan başqa 2016-cı ildən Zaqatalada hazırlıq kursunda dərs keçirəm. Bir gün də eyni qaydada sinfə girib dərsimi keçib getdim. Sinifdə cəmi üç qız şagird var idi. Bir gün sonra mənə zəng gəldi və telefonda danışan şəxs, yəni Zaur özünü dərs keçdiyim şagirdlərdən birinin qohumu kimi təqdim edərək kursa gəlməyimi tələb etdi. Biz kursda görüşəndə dedi ki, guya mən 7-ci sinifdə oxuyan şagirdə qarşı əxlaqsız hərəkətlər etmişəm. Uşaq psixoloji sarsıntı keçirib və mən pul verməliyəm ki, müalicə alsın. Mən belə bir hərəkət etmədiyimi dedim. O da mənə dedi ki, əgər pul verməsəm çəkib sosial şəbəkələrdə paylaşacaq. Adımın ləkələnəcəyindən, rüsvay olacağımdan ehtiyat edərək razılaşdım. Məndən 3000 manat istəyirdi. Mən isə müxtəlif vaxtlarda ümumilikdə 1540 manat pul verdim. Mən uşağa qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişəm. Sinifdə digər uşaqların gözü qarşısında bu hərəkətlərin törədilməsi də mümkünsüz bir işdir. Hesab edirəm ki, bu mənə qarşı pul tələb edilməsi üçün qurulmuş bir iş idi. Hazırda Zaur mənə vurulmuş maddi ziyanı ödəməyib. Bu ziyanın ödənilməsini tələb edirəm”.
Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Zaur Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda şəhidin 12 yaşlı qardaşına qarşı cinayət törədilib
Rusiyada qız şagirdini yanından vuran müəllim 9,5 il cəza aldı
Məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi
Azərbaycanda kişi azyaşlı ögey oğluna işgəncə verdi
Azərbaycanda 8-ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər - FOTO
Tələbə qızı intihara sevgilisi məcbur edibmiş - “Bir saat vaxtın var, yoxsa...”
Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti
Bakıda dəhşət: Azyaşlı bacı və qardaş işgəncələrə məruz qaldı - RƏSMİ
14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının - ŞOK TƏFƏRRÜATI
Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."
Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə
Vətən müharibəsi iştirakçısı: “BSU-nun şöbə müdirinə verdiyimiz ödəniş mənimsəndiyinə görə yoldaşımın diplomunu vermirlər”
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
Bakıda polis rəisinin sürücüsü məktəbliyə təcavüz edib
Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə
Mənimsəməyə görə saxlanılan BSU-nun sabiq şöbə müdiri: “Aldığım pulun 6 800 manatını Nurlana Əliyevaya verdim”
“Şöbə müdiri dedi ki, aldığı pullar rektor Nurlana xanıma çatır”
Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR
Bakıda 27 yaşlı müəllim özünü binadan atdı - FOTO
Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI
Avtomobil 9 yaşlı məktəblini vurub.
Nazirlik o müəlliməni sevindirdi - İSTƏDİYİ YERDƏ İŞLƏYƏCƏK
BDU-nin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxs: “Kömək etmək niyyətində deyildim”