AzTehsil.com


Xəbərlər
05 may 2022
1 464


Gəncə terrorunda valideynlərini itirən Sevil: Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim...




Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində hər iki valideynini itirən Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla nişanlanıb.


Hər iki gənc indi Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələridir.


AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Dövlət Aqrar Universitetində onlarla görüşüb.


Talışla Sevil bir məhəllədə yaşayırlar. Bir-birilərini də uşaq vaxtlarından tanıyırlar. Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutanda Sevil atası və anası ilə birgə həyətlərinə düşən raket nəticəsində dağıntılar altında qalıb.


O dəhşətli gecədən danışan Talış Şərifov deyib: “Həmin vaxt evimizin zirzəmisində idik. Gecə saat təxminən 2-də şiddətli partlayış səsi eşitdik. Hiss olundu ki, raket yaxın əraziyə düşdü. Sevilgillə bizim ev yaxın olduğundan qaçaraq onların evinə getdim. Hər yer darmadağın olmuşdu. Toz-torpaqdan göz-gözü görmürdü. Sevilin ayaqlarını dağıntılar arasında gördüm. Huşunu itirmişdi, başında qan axırdı. Tez onu dağıntılar altından çıxardım. Yeriyə bilmirdi, qucağımda evimizə gətirdim. Xoşbəxtlikdən həmin gecə qardaşı evdə yox idi. Lakin Anar əmi ilə Nurçin xalanın (red - Sevilin valideynləri) axtarışları 12 saat davam etdi. Təəssüf ki, onları xilas etmək mümkün olmadı...”.


Talış Şərifovun sözlərinə görə, Sevillə bir-birilərinə hələ uşaq vaxtlarından tanıyırlar. “O dəhşətli gündən bəri həmişə Sevilin yanındayam, ona dayaq olmağa çalışıram. Bir ömür boyu da yanında olacağam,” - deyə o əlavə edib.


Sevil isə o günü belə xatırlayır: “Toz-duman arasında bir anda Talışı gördüm, sonra huşumu itirdim. O gündən bəri çox ağır psixoloji sarsıntı keçirdim. Talış hər zaman mənim və qardaşım Hüseynin yanında oldu. Erməni vəhşiliyi bizim həyatımızda silinməz iz buraxdı, ancaq biz bir-birimizə arxalandıq və taleyimizi də birləşdirməyə qərar verdik”.


Hər iki valideynini itirən Sevil gələcəkdə müəllim kimi işləmək istəyir. “İstəyirəm ki, gənclərə erməni vəhşiliyindən danışım, qoy, onlar düşmənimizi daha yaxşı tanısınlar”, - deyən Sevil həmin günləri heç vaxt unutmayacağını bildirib.


Qeyd edək ki, Sevil Əliyeva və 10 yaşlı qardaşı Hüseyn ana nənəsinin himayəsində qalırlar.




Загрузка...
Həmçinin oxuyun:
Gəncə terrorunda hər iki valideynini itirən Sevil nişanlandı - FOTO

Gəncə terrorunda hər iki valideynini itirən Sevil nişanlandı - FOTO

Erməni terrorunun canlı şahidi Bəxtiyar: “Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?” - FOTO/VİDEO

Erməni terrorunun canlı şahidi Bəxtiyar: “Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?” - FOTO/VİDEO

Bərdədə erməni terroru zamanı çəkilmiş şəkil ilin 100 görüntüsündən biri oldu - FOTO

Bərdədə erməni terroru zamanı çəkilmiş şəkil ilin 100 görüntüsündən biri oldu - FOTO

Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb -FOTO

Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb -FOTO

Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı: Nə edəydim, buraxaydım, çöl qızı olaydı? - VİDEO

Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı: Nə edəydim, buraxaydım, çöl qızı olaydı? - VİDEO

20 yaşlı Sevilin intiharından sonra yazışmaları yayıldı: Hər gün arzulayıram ki, ölsün hamısı... - Fotolar

20 yaşlı Sevilin intiharından sonra yazışmaları yayıldı: Hər gün arzulayıram ki, ölsün hamısı... - Fotolar

Gimnaziyanın direktor müavini dayəni döydü

Gimnaziyanın direktor müavini dayəni döydü

Laçının işğalından 28 il ötür

Laçının işğalından 28 il ötür

ABŞ-da 3D printerlə raket yaradılacaq

ABŞ-da 3D printerlə raket yaradılacaq

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Xocalı soyqırımından 30 il keçir

Xocalı soyqırımından 30 il keçir

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

29 yaşlı xanım müəllim 4 saat qar altında qaldı

29 yaşlı xanım müəllim 4 saat qar altında qaldı

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO

Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO

Laçının işğalından 25 il keçir

Laçının işğalından 25 il keçir

Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib

Türkiyə Ay missiyası üçün hibrid mühərrikin uğurlu sınağını keçirib

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO