Bakı məktəbliləri arasında oxu və yaradıcılıq müsabiqəsi: Mənim gündəliyim
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.
İki mərhələdən (məktəb və şəhər) ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin aşağı yaş qrupları (I-VII siniflər) və yuxarı yaş qrupları (VIII–XI siniflər) üzrə şagirdləri iştirak edirlər.
Birinci mərhələdə şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar. Şəhər mərhələsində isə şagirdlərin təqdim etdikləri gündəliklərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, I, II və III yerlərin hər birində 5 nəfər olmaqla, ümumilikdə 15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə təşəkkürnamə təqdim ediləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Bakı məktəbliləri arasında “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi keçirilir

Bakı məktəbliləri arasında oxu və yaradıcılıq müsabiqəsi: Mənim gündəliyim

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında inşa müsabiqəsi davam edir

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçiriləcək

VII sinif şagirdləri arasında fənn müsabiqəsinin birinci mərhələsi

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Bakı məktəbliləri arasında videotəqdimat müsabiqəsi davam edir

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“44 Gün” respublika virtual yaradıcılıq müsabiqəsi keçirilir

“Bu günün alimi“ inşa-yazı müsabiqəsi başa çatıb