Xəbərlər
30 aprel 2022
887


Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək


Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.


Ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.


Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.


Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.


Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə bloqerlər də təmsil olunacaqlar.


Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim ediləcək. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılacaq pavilyonlar da fərqli formatda olacaq. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.


Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənəcək. 5 may - Xalçaçı Gününə təsadüf etdiyindən “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılacaq və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdiriləcək. Qonaqlara yununun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunacaq.


Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.


Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.


Qarabağ bölgəsində çoxsayda yerli və xarici qonağın iştirakı ilə keçirilən Kulinariya Festivalı işğaldan azad olunan şəhər və rayonlarımızın dirçəldilməsi ilə yanaşı, 30 ildən sonra bura yenə də ruzi və bərəkətin, əmin-amanlığın qayıtmasının daha bir rəmzi ifadəsi olacaq.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

Azərbaycanda rayon təhsil şöbələri ləğv edildi: 12 regional idarə yaradılır

Azərbaycanda rayon təhsil şöbələri ləğv edildi: 12 regional idarə yaradılır

Ali məktəblərə qəbul proqramında dəyişiklik edildi

Ali məktəblərə qəbul proqramında dəyişiklik edildi

Regional Təhsil İdarələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir

Regional Təhsil İdarələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Aşpazlıq üzrə milli müsabiqəyə müraciətlərin qəbulu yekunlaşır

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Aşpazlıq üzrə milli müsabiqəyə müraciətlərin qəbulu yekunlaşır

Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib

Beynəlxalq Baş Aşpaz” uşaq və gənclər arasında kulinariya üzrə onlayn Beynəlxalq müsabiqənin Respublika mərhələsinin mükafatlandırma mərasimi keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına start verildi

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Prezident Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olub

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - SİYAHI

Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - SİYAHI

Məktəb yeməkxanaları və oradakı aşpazlar sertifikasiya olunacaqlar

Məktəb yeməkxanaları və oradakı aşpazlar sertifikasiya olunacaqlar

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərdə

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi