Gürcüstanın azərbaycanlı gəncləri ali məktəblərdə dövlət dilinin ödənişsiz tədrisini tələb edirlər
Gürcüstanda azərbaycanlı gənclərin təmsil olunduğu “Salam” platforması “#GürcüDiliniPulsuzÖyrət” kampaniyasına başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə aparılan kampaniyada milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı çərçivəsində gürcü dili üzrə birillik hazırlıq kursunun ödənişsiz olması tələb edilir.
Təşkilat üzvləri dövlət universitetlərində hazırlıq kursuna görə 2 250 larinin (1 245 man) ödənilməsini ədalətsiz hesab edirlər.
Onların sözlərinə görə, heç bir ölkə öz vətəndaşlarından dövlət dilində təhsil almaq üçün pul almamalıdır:
“Gürcüstanda vətəndaş bərabərliyinə və millətlərarası həmrəyliyə nail olmaq üçün dövlət dilini bilmək çox vacibdir. Biz - Gürcüstanın qeyri-dominant etnik və dini qruplarından olan gənclər bəyan edirik ki, gürcü dilini sərbəst, keyfiyyətli və ödənişsiz öyrənmək istəyirik”.
“Salam”da hesab edirlər ki, 2010-cu ildən həyata keçirilən proqramın islahat və yenilənməyə ehtiyacı var.
Azərbaycanlı gənclərin kampaniyasını dəstəkləyənlər arasında digər etnik azlıqların nümayəndələri və gürcülər də yer alıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent daxil olub. Onların 1 033-ü “1+4” proqramı üzrə qəbul olunub.
Xatırladaq ki, tətbiqinə 2010-cu ildən başlanılmış “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər.
Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub
Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər
2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib
Gürcüstanda nə qədər azərbaycanlı tələbə oxuyur? - Statistika
Gürcüstanda orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır
Azərbaycanda dini təhsil pulsuz olacaq
Gürcüstanda Azərbaycan dilli məktəbin şagirdləri etiraz aksiyası keçirib
Gürcüstan prezidenti azərbaycanlı tələbələri mükafatlandırıb
Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər
Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
Rusiyadakı akademiya azərbaycanlı tələbələrə yer ayırdı
Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu
Təhsil naziri Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb - FOTO
Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq
“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”
Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - FOTO
Azərbaycanda yaşayan gürcülər universitetlərə imtahansız qəbul olunacaq
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Gürcüstanda ali məktəblərdə oxuyan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI
Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib
Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır
Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası
Düşmənin dilini öyrənmək lazımdır: