AzTehsil.com


Xəbərlər
01 may 2017
2 857


"İnandım ki, nağıllar, əfsanələr yalandır..."



"İnandım ki, nağıllar, əfsanələr yalandır..."

 

Dünən gənc şair Habil Rzanur Mustafayevin ilk şerlər kitabnın-"Əfsanələr Yalandır" təqdimat günü keçirildi. Təqdimata müasir dövrümüzün tanınmış poeziya ustaları dəvət edilmişdi. Ayaz Arabaçı, Furqani, Ənvər Məsud, Rauf Qərib Alagöz, Xəlil Adıgözəl, Məmməd Abdullayev və digər şairlər təqdimatda iştirak etdilər.

 

"İnandım ki, nağıllar, əfsanələr yalandır..."

 

Saytımızın əməkdaşı da təqdimat iştirakçıları arasında olub. Təqdimat "28 May" metrostansiyası ayxınlığında, "Kitabevim.az" mağazasında saat 14:00-da başlayıb. Əksəriyyətimiz sosial şəbəkədən bir-birimizlə dost olsaq da, real ünsiyyətdə də dostluğumuz tutdu və səmimi söhbət etdik.

 

"İnandım ki, nağıllar, əfsanələr yalandır..."

 

Habil Rzanurun şerləri əsasən sevgi-məhəbbət, ayrılıq, vətənpərvərlik haqqındadır. Kitabın ilk şerləri məhz vətənpərvərlikdən bəhs edir. "Bağışla ay vətən", "Bu yaz bənövşələr şəhid qoxuyar", "Azadlıq mənimlə həmyaşıd imiş", "Qoy bütün mərmilər gülqabı olsun" və s şerləri yüksək dərəcədə vətənpərvərlik eşqi ilə yazılıb və təqdimat ərəfəsində oxunan zaman iştirakçıların böyük rəğbəti ilə qarşılandı. Dəvət olunan söz ustaları, ağsaqqallar, əksəriyyətin tanıdığı qələm sahiblərinə təqdimatda söz verildi, onlar da öz növbələrində Habil Rzanuru təbrik edib uğurlar arzuladılar. Şerləri qiymətləndirdilər.

 

"İnandım ki, nağıllar, əfsanələr yalandır..."

 

Qeyd edək ki, kitabın ön sözünü müasir dövrümüzün ən tanınmış, şerləri sevilərək oxunulan Ramiz Qusarçaylı yazıb. O, Habilin gənc olmasına baxmayaraq, yazdığı şerlərin hamının ruhunu oxşadığını, həyatda olan reallıqlardan bəhs etdiyini söyləyib.




Загрузка...