İmtahanlarda iştirak üçün COVID-19 pasportu tələb olunur? – AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlarda iştirak üçün COVID-19 pasportunun tələb olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
DİM-dən bildirilib ki, yayılan iddialar əsassızdır və imtahanlarda iştirak üçün COVID-19 pasportu tələb olunmur.
Bildirilib ki, iştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və onunla bir yerdə çap olunan “Sağlamlıq haqqında bəyannamə”ni gətirməlidirlər.
Qeyd edək ki, bəzi saytlarda və sosial şəbəkələrdə imtahanlarda iştirak üçün COVID-19 pasportu tələb olunması iddia edilib.