Xəbərlər, D.Qulluğu
06 sentyabr 2020

1000-dən çox namizəd dövlət qulluğuna qəbul üçün test imtahanı verəcək

 

Dövlət İmtahan Mərkəzi sentyabrın 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Mərkəzdən "Report”a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 382, BB qrupu üzrə 1035, ümumilikdə isə 1417 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanların keçirilməsi üçün 7 bina, 98 zal, 7 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi”. 
İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlərlə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytından "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz




Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu gün 4606 nəfər imtahan verir

Bu gün 4606 nəfər imtahan verir

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də növbəti imtahanlar keçiriləcək

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

I və IV qruplar üzrə qəbul imtahanları keçirilir

DİM 20-21 avqustda imtahan verəcək abituriyentlərə müraciət etdi

DİM 20-21 avqustda imtahan verəcək abituriyentlərə müraciət etdi

Avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə

Avqustun 21-də keçiriləcək əlavə imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə

DİM-dən imtahanlarla bağlı AÇIQLAMA

DİM-dən imtahanlarla bağlı AÇIQLAMA

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bu gün ilk qəbul imtahanı keçirilir

Bu gün ilk qəbul imtahanı keçirilir

DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

Bu gün 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək

Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI

Bu gün buraxılış imtahanları keçirilir

Bu gün buraxılış imtahanları keçirilir

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün   test imtahanı keçiriləcək

Bu gün test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi