COVID-ə yoluxan abituriyentlər aprel ayında imtahan verəcək
“Buraxılış imtahanları bir ay ərzində 4 dəfə aparılacaq. COVID xəstəsi olanlar imtahana buraxılmayacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərə aprelin 2-3-ü tarixlərində imtahan vermələrinə şərait yaradılacaq:
“Abituriyentlərin rəsmi olaraq COVID xəstəsi olması sistem üzərindən yoxlanılacaq. Amma kimlərsə PZR test verməyib “xəstə olub, evdə qalması” məsələsinə baxılmayacaq”.