Xəbərlər / Ziyalılar
15 fevral 2022
1 491


Ceyhun Məmmədov -Gənclərə tövsiyə

 

Dəyərli gənclər! Növbəti tövsiyələrimi Sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün faydalı və maraqlı olacaq. Hər birinizə həyat yolunda yeni uğurlar arzulayıram:

 

1. Üzərinizdə əməyi olan insanlara təşəkkür edin. Bu bir fəzilətdir.   


2. Sözün ən doğrusuna qulaq asın. Sizə çox söz deyən və məsləhət verən olacaq. Çalışın düzgün seçim edin. 


3. Dostlarınızı seçərkən diqqətli olun. Yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.  


4. Dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən biri dürüstlük və səmimilikdir. 


5. Hissə qapılaraq qərar qəbul etməyin. Sonrakı peşmançılıq fayda verməyəcək.

Məqalə Göndər








Загрузка...